Uşaqlarda liderlik

           
   Uşağı liderliyə öyrətmək lazımdırmı? Çoxları cavab verəcək ki, müasir dünyamızda bu sadəcə vacibdir. İlk növbədə uşağın xarakterini nəzərə almaq lazımdır. Əgər uşaq təbiəti etibarı ilə rəqib deyilsə, o fikirləşir ki, ata anasının ümidini doğrultmur buna görə də özünü uduzmuş kimi hiss edir. Uşaq  hər zaman və hər işdə birinci olmaq istəmirsə və valideynləri də ondakı bu xüsusiyyətə fikir verməyib onu hər zaman daha aktiv uşaqlarla müqayisə edirlərsə,belə uşaq kompleksli və uğur qazana bilməyən şəxs kimi böyüyür. Bəzən buna görə əsl faciələr də yaşanır.
              Əks hallar da olur- liderlik xüsusiyyəti olan uşaqlar hər bir işdə birinci olmağa cəhd edirlər. Bu onlarda alınmayanda inciklik yaranır və onlar haqsızlıqla qarşılaşdıqlarını  zənn edirlər. Əgər belə uşaqları valideynləri hər zaman lider olmağa yönləndirirlərsə, onlarda aqressiya, qibtə kimi xüsusiyyətlər güclənməyə başlayır. Beləliklə ondan əsl lider çıxmır, çünki lider olan insanın yalnız diqqət mərkəzində olmaq deyil, həm də başqaları ilə yola getmək bacarığı da olmalıdır. Çox zaman valideynlər şikayətlənirlər ki, uşaqda, bir şey alınmayanda o özü üçün çətin hesab etdiyi  işi dayandırır və onu yenidən cəhdə məcbur etmək olmur. Əslində isə əksinə olmalıdır. Uşaq rəqabətə meyillidirsə, uğursuzluq onu yarışma ruhuna qızışdırmalıdır. Qruplarda lider olmaq istəyən uşaqları isə komanda yarışlarına yönəltmək belə uşaqlarda qrup, birgəlik hissini gücləndirmək lazımdır.Bununla belə unutmayaq ki, uşaq başqalarında düşmən deyil, rəqib görməyi öyrənməlidir. Yalnız bu zaman o güclü, alicənab ağıllı biri olaraq yoldaşlarına da kömək edəcək.
              Bundan başqa uşaqlarınızın hansı sahədə daha çox əsl uğur qazana biləcəklərini tapın, onun nəyə meyilli olduğunu düşünün. Uşaqlarda özünüzün həyata keçməyən arzularınızı reallaşdırmağa cəhd etməyin, uşağınızı olduğu kimi görməyə çalışın. Kiçik yaşlarda bacarıq və qabiliyyətlər çox az hallarda parlaq görünür, ona görə də oğul və qızınızın nəyə meyilli olduğuna diqqət edin. Qoyun çox danışan mahir natiq olsun, fantaziyası çox olan isə maraqlı nağıllar hadisələr uydursun. Bir sözlə uşağınızın müsbət xüsusiyyətlərini qeyd edin və ona bunların inkişafında kömək edin. Əgər uşaq hər şeyə maraq göstərirsə, konkret bir seçim edə bilmirsə valideynlərinin köməyi ilə o özünə tam uyğun sahəni taparaq özünü təsdiq edə bilər. Bu zaman həmin mənfi xüsusiyyət tamamilə yox olar.  Nəzərə alın ki, uşağı yarışma ruhuna yönəldəndə, o belə düşünə bilər ki, sizə o deyil, onun uğuru lazımdır. Axı, bu çox böyük haqsızlıqdır! Məhz buna görə "nümunəvi uşaqlar” yeniyetməlik yaşına çatanda üsyan edirlər. Unutmayın ki, uşağın inkişafında hər şeyin öz zamanı var  heç nə üçün tələsmək, uşağı vaxtından əvvəl yükləmək lazım deyil. Hər şeyi öz vaxtında etməklə  siz öz tərbiyənizin nəticələrindən razı qalacaqsınız.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

axtarış

facebook

təqvim

«  Oktyabr 2020  »
BeÇaÇCaCŞBa
   1234
567891011
12131415161718
19202122232425
262728293031