Uşaqlarda yeddi yaş krizisi
Yeddi yaş krizi uşağın şəxsiyyətini, özünü dərk etməsi ilə əlaqədardır. Bu yaşadək balacada effekt və intellekt birdir, lakin yeddi yaşında bu birlik dağılır. Bu zaman uşaq hərərkətlərinin keçmiş formalarını itirir çünki, onlar yeniləri ilə əvəz olunmalıdır.
Yeddi yaşın krizisi başqa yaşların krizisi kimi parlaq və aydın getmir, belə ki,ona əhəmiyyət vermək lazım deyil. Bu period üçün xarakterik olan nədir? Bu yaşlı uşaqda çox şeylə razılaşmamaq, naz etmə, mürəkkəblik, qəribəlik halları baş verir.Bundan başqa o bəzi şeyləri valideynlərdən gizlətməyə başlayır. Əgər onun halı pisdirsə, indi bunu ətrafdakılardan gizlədə bilər.Əvvələr şox yumşaq və mehriban olan balacada indi bəzən aqressivlik bəzən də utancaqlıq halları baş qaldırıb.
Yeddi yaşlı uşaqlara böyüklərin aləmində yeni rol və onlarla yeni qarşılıqlı əlaqələr vacibdir. İndi yeddi yaşlı uşaq hər hansı hərəkətinin onun üçün nə məna daşıdığını bilir. Bu krizis periodunda ən mənalı dəyişikliklər bunlardır:
- Uşaq özünə daha çox diqqət tələb edir.
- İndi onun üçün ətrafdakıların ona hörmət göstərməsi vacibdir.O,istəyir ki,ona böyük kimi yanaşsınlar.Əgər qabaqlar onunçun oyun önəmli idisə, indi o yeni rolunda insanlıq münasibətləri aləminə girmək istəyir. Bizdə bu rol məktəblinin, şagirdin roludur.
- Böyüklər tərəfindən kifayət qədər hörmət və razılıq görmək istəyir.
Yeddi yaş elə dövrdür ki, uşaqda "əqli aclıq" yarnır. Və valideynlər bundan uşaqlarının müxtəlif sahələrdə təhsilləri üçün istifadə edə bilərlər. Elə düşünməyin ki,oxumaq və yazmaq məktəbə hazırlıq üçün kifayətdir. Bundan əlavə psixoloji hazırlıqda vacibdir. Sizin balaca məktəbə psixoloji hazırdırmı? Bunu sizə mütəxəsis psixoloqlar deyər və sizin uşağınızın məktəbə hazırlığına kömək edərlər.
Yeddi yaşın krizisi zamanı sizin doğru olmayan hərəkətləriniz uşağın məktəbdə uğursuzluğuna və pis oxumasına, nevrozun inkişafına gətirib çıxarar. Ona görə də aşağıdakı qaydalara əməl edin:
- Çalışın uşağın sərbəstliyini və təşəbbüsünü saxlayın.
- Onun təhsilə həvəsini intelektual aclığını təmin edin.
- Əgər uşaq nədənsə uğursuzluq qazanıbsa, onu hər şeyin alınacağına inandırın, cəzalandırmayın.
- Əgər o nəyləsə məşğuldursa və özü sizdən yardım istəmirsə onun işinə qarışmayın. Bu zaman o inanacaq ki,özü sərbəst bu işin öhdəsindən gələ bilər.
- Hərəkətlərinin öz üzərində yaxşı və pis tərəflərinin hissetməsinə imkan verin. Bu onun daha düşüncəli, daha böyük olmasına kömək edər.
SAYTIN MENYUSU
Block title
Block title
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Noyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |