Valideyn sevgisi övlada zərər verə bilərmi?

     Hər bir valideyn övladını çox sevir. Amma bəzən həddindən çox  sevgi və qoruyuculuq övladımıza ziyan vura və ya onun tərbiyəsinə mənfi təsir edə bilər. Bu xüsusiyyəti daşıyan ana, atalar övladlarını həddindən artıq qoruyur, onların hər dediyini tez yerinə yetirir, uşağa aid olan bütün vəzifələri öz üzərlərinə götürürlər. Hətta uşağı 5-6  yaşına gəlmiş olsa belə onun əlinə qaşıq verib, yeməyini müstəqil bir şəkildə yeməyinə şərait yaratmaz, birdən yıxılar deyə dostları ilə oynamağa və qaçmağa icazə verməzlər. Elə analar da vardır ki, övladı məktəbə gedərkən əlini heç vaxt buraxmaz, çantasını daşımağına icazə verməz və o dərsdən çıxana qədər də məktəbin həyətində oturub onu gözləyər. Bir sözlə desək övladına lazımından artıq diqqət göstərməklə ona istəmədən də olsa ziyan vurar. Adətən bu cür ailələrdə böyüyən uşaqlar qorxaq və bacarıqsız olurlar. Onlar başqa insanların köməyinə möhtac olur və kiminsə köməyi olmadan heç bir işi bacaracaqlarına inanmırlar. Çünki onların özlərinə inamları yoxdur.

   Öz yoldaşlarının onları lağa qoymaqlarını qəbul edə bilməyən uşaqlar bunu öz iç dünyasında böyük problemə çevirə bilərlər. Bu halı bəzi uşaqlar içlərində yaşasalar da, bəziləri aqressiv bir şəkildə ətrafındakılara qarşı xoşagəlməz hərəkətlərdə göstərirlər.

  Həyatın gözəllikləri ilə bərabər bəzi çətinlikləri də var. Elə uşaqlarımız da bəzi çətinliklərdən keçərək bu sıxıntıları yaşamalıdırlar. Beləliklə  uşaq həyatın kədərlərini və sevinclərini başa düşdükcə özünə olan inamı artacaq. Məhz özünə inamı olan insanlar həyatda bir çox şeylərə nail ola bilərlər. Problem və çətinlikləri özləri həll edə bilməyən insanlar, ömrü boyunca çətinliklərlə mübarizə aparmalı olur.


                                                                                                       Hazırladı: Aynur Akmeşe

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2024  »
BeÇaÇCaCŞBa
1234567
891011121314
15161718192021
22232425262728
2930