Xoşbəxt olmağın yolu.

      Zəhra xoşbəxt olmağı çox sevirdi. Kim sevməz ki! Bir gün, həmişə  necə xoşbəxt ola biləcəyini düşündü. Amma fikrinə bir şey gəlmədi. Mətbəxdə işləyən anasının yanına gedib dedi:
- Anacan, həmişə xoşbəxt ola bilmək üçün nə edə bilərəm?
      Anası Zəhranın bu sualına gülümsəyərək dedi:
       - Gəl səninlə bir az həyətə çıxaq, onda xoşbəxt olarsan.
Zəhra anasının onu anlamadığını fikirləşdi. Axı o, bir an deyil, həmişə xoşbəxt olmaq istəyirdi.
O gün anası Zəhranı  gül mağazasına aparır və oradan gül alırlar. Evə gəldikdə anası Zəhraya deyir:
- Bu gül sənindir. Ona yaxşı baxmalısan.
Zəhra gülü çox sevir və otağında yerləşdirir. Gülün xoşbəxt ola bilməsi üçün ona vaxtında su verir, onu bəsləyirdi. Beləcə Zəhranın gülü çox xoşbəxt görünürdü. Zəhra anasına dedi:
- Gülüm xoşbəxt olduqca mən də xoşbəxt oluram.
Anası :
- Hər zaman xoşbəxt olmağın yolu başqalarını xoşbəxt etməkdir. Onları sevindirməkdir.
Artıq Zəhra xoşbəxt olmağın yolunu öyrənmişdi.

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Dekabr 2023  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031