Yaradılış səbəbinivə qulluq vəzifəsini bilməyən müəllim şağirdinə nə verə bilər...

          Əgər insan bu dünyaya niyə gəldiyini bilməzsəvə bir gün etdiyi əməllərə görə cavab verəcəyini qəbul etməzsə, cəmiyyət içində idarə edilə bilməz və hər cür qanunsuzluğa , xətalara yol verə bilər. Elə buna görə də insan ən yüksək səviyyədə tərbiyə almalı, özünə və insanlara faydalı olmaq üçün bu dünyada varolma səbəbini bilməli, yaradanını layiqincə tanımalıdır. Bütün bunlara görə bir müəllim ilk növbədə özünü tanımalı və öz üzərinə götürdüyü vəzifənin məsuliyyətini başa düşməlidir. Xüsusilə  mövzu təhsil və tərbiyə verməkdirsə  insanın başa düşülməsi və tanınması daha da böyük əhəmiyyət qazanır

          Təsəvvür edək ki, hər hansı bir insanın gözünü bağlayıb, tanımadığı bir adaya aparırlar, orada gözlərini açırlar... İnsan görür ki, mükəmməl, gözəl  və ecazkar bir adadır. Burada hər şey insanın ehtiyacına görə tərtib olunmuşdur.Onun üçün çox xərc və əmək sərf edilimişdir. O, görür ki, adaya bir qism insanlar gözü bağlı olaraq gəlməyə davam edir. Ancaq bir qism insanlar da adadan qayıqlara mindirilərək naməlum bir yerə aparılır. Belə bir mənzərə qarşısında insanın ağlına bu suallar gəlir;   

Məni bu adaya kim gətirdi? Məni bu adaya nə üçün gətirdilər?  Bu adadan qayıqlara mindirilib,naməlum yerlərə,okeanlara doğru aparılan insanlara nə olur?

İnsan kimdir? Nə üçün yaşayır? Niyə yaradılmışdır? Haradan gəlmiş,haraya getməkdədir? Vəzifələri nədir? Daşıdığı məsulliyətin fərqindədirmi?
Bu və bənzəri suallara aydın, dəqiq cavablar tapıb, əvvəl insanın yaradılış məqsədi ortaya qoyulmalı və onun üçün bir dəyər təsbiti edilməlidir.Ondan sonra insanın necə tərbiyə ediləcəyinə növbə gəlməlidir. Bu,sanki bir həkimin xəstəliyi müəyyən etdikdən sonra resept yazmasına və ya dərzinin boy ölçülərini aldıqdan sonra paltar tikməsinə bənzəyir.
            Eləcə də  insanı bütün tərəfləri ilə dəyərləndirmədən ona tətbiq olunacaq bir təhsil anlayışı nə dərəcədə uğurlu ola bilər?



 



 



 



SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Oktyabr 2024  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031