Bəzən çox yaxınımız hesab etdiklərimizin bizi tam mənası ilə dərk edib anlaya bilməyəcəklərini düşündüyümüz olur.Belə anlarda bəlkə də çoxlarımızın özümüzə məxsus çıxış yollarımız olur.Bəlkə də bu yollardan biri də qələmimizə sarılmaq,hisslərimizi səhifələrə tökməkdir.Bəzən hətta səhifələrə tökdüklərimizin əhəmiyyətindən xəbərsiz olub, başqalarının gizlətməyə çalışırıq.
Yaxınlarınızın qədrini bilin.Yaxınınızı, sevdiyinizi itirəndən sonra artıq gec olur.Artıq biz ona sarıla bilmirik, "səni məndə çooooox sevirəm" deyə bilmirik.Mən ən əzizimi itirəndən sonra onun hər sözünü xatırlayırdım.Hətta bir ara dəftər tutub ora yazırdım...Amma mən ona artıq deyə bilmirəm, onu necə sevdiyimi.Deyə bilməyəcəm də.....Yaxınlarınızı incitməyin və onu sevdiyinizi tez-tez deyin.