Ana səhifə » 2016 » İyul » 9 » "Pətək"də Ramzan Bayramı ŞƏNLİYİ KEÇİRİLDİ

23:33
"Pətək"də Ramzan Bayramı ŞƏNLİYİ KEÇİRİLDİ

08.07.2016-cı il tarixində "Pətək"İB-də balaca dostlarımız üçün "Ramazan Bayramı" şənliyi keçirildi. 150-ə yaxın uşağın iştirak etdiyi şənlik olduqca maraqlı və şən keçdi. Təbrik üçün "Pətəyə" gələn müxtəlif məktəblərin şagirdləri də öz çıxışları ilə uşaqları sevindirdilər. 283 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin " Ramazan sevinci" adlı tamaşası , TDV Bakı Türk Liseyinin şagirdlərinin səhnələşdirdiyi " Baba və nəvə" tamaşası xüsusi maraqla qarşılandı. 13 saylı məktəbin şagirdi Hikmət Fərəczadə isə tamaşaçılar üçün gözəl bir şeir ifa etdi. "Pətək"İb-nin feysbuk səhifəsində keçirilən onlayn Ramazan müsabiqəsinin qalibi də bu şənlikdə açıqlandı. Müsabiqənin qalibi İbrahim Ağamalıyev oldu. Günün surprizi isə çox sevilən hörmətli müğənnimiz Samiranın çıxışı oldu. Tədbirin sonunda əziz balalarımıza bayram hədiyyələri paylandı. Bax beləcə "Pətək" və balaca bal arıları müqəddəs RAMAZAN ayını yola saldı. Hər Ramazan ayının ölkəmizə sülh, əmin-amanlıq, ruzi-bərəkət, insanlara xoşbəxtlik və huzur gətirməsi diləyilə hər birinizə təşəkkür edir və bayramınızı bir daha ürəkdən təbrik edirik.
Категория: Xəbərlər | Baxılıb: 1220 | Əlavə etdi: petek | Reytinq: 0.0/0
Cəmi şərhlərin sayı: 0
Имя *:
Email *:
Код *:

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  İyul 2016  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031