Ana səhifə » 2016 May 22 » "SAĞLAM HƏYAT TƏRZİ" MÜSABİQƏSİNİN MÜKAFATLANDIRMA MƏRASİMİ BAŞ TUTDU
| |
21.05.2016-cı il tarixində Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə “Pətək” İB-nin TİKA ilə birlikdə həyata keçirdiyi “Sağlam qida - sağlam nəsil” layihəsinin II mərhələsi olan “Sağlam Həyat Tərzi” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutdu. “Sağlam həyat tərzi” adlanan II mərhələyə 24 məktəbdən 1288 şagird qatıldı. Layihə çərçivəsində 3 nominasiya üzrə müsabiqə elan edilmişdir. Müsabiqənin qalibləri: .Elektron təqdimat nominasiyası I yer - Yasin Quliyev (Ankara liseyi) .Bədii təqdimat nominasiyası I yer - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri .Məktəb guşəsi nominasiyası I yer - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi Tədbirdə çıxış edən TİKA-nın Bakıdakı nümayəndəsi Mustafa Haşim Polad çıxışında “Uşaqlar bizim gələcəyimizdir. Onları qorumalıyıq, sağlam qidalardan istifadə etməlidirlər. Bu layihə də sağlam nəslin yetişdirilməsi üçündür” deyərək bu layihənin önəmindən bəhs etdi. “Pətək” İctimai Birliyinin sədri Sevinc Əsgərova çıxışında bildirdi ki, bu layihə ölkənin çiçiəkləndirilməsinə xidmət edir: “İstəyirik ki, uşaqlar zərərli vərdişlərdən uzaq olsunlar. Biz onları qorumalıyıq. Bu iş fədakarlıq tələb edir. Bu layihədə iştirak edən müəllim və koodinatorlar məvacib almadan çalışırlar. Burada əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”. Müsabiqədə ekspertlər tərəfindən qiymətləndirilən qaliblər müəyyənləşdirilib. Qalib gələn şagirdlərə mükafat və diplomlar təqdim olunub. Münsiflər heyəti aşağıdakı tərkibdədir: Şahlar Əsgərov – Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Əli Əmirli – yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi. Tahir Əmiraslanov – Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti. Səfərbəy Səfərbəyov – Dimed klinikasının baş həkimi. Ədalət Cəbiyev – Transregional İslam İqtisadi Mərkəzinin Müşahidə Şurasının sədri, texnika elmləri doktoru. Səbinə Rəsulova – Əməkdar müəllim,bioloq,”Təhsildə İnnovativ Texnologiyalar” mərkəzinin təlim üzrə mütəxəssisi. Fatimə Alxaz – “Pətək.az” saytının baş redaktoru , “Qafqaz” nəşrlər evinin redaktoru. Bu faydalı və çox önəmli layihəmizdə bizə dəstək olan hər bir məktəbin direktorlarına, müəllim kollektivinə və əlbəttə əziz şagirdlərimizə çoooox təşəkkür edirik. Ümid edirik ki, başlatdığımız bu sağlamlıq hərəkatı genişlənərək bütün ölkəmizə yayılacaq və zaman keçdikcə öz dəyərli bəhrəsini verəcək. | |
|
Cəmi şərhlərin sayı: 0 | |
SAYTIN MENYUSU
Block title
Block content
Block title
Block content
KATEQORİYA
Xəbərlər [27] |