"Sağlam həyat tərzi" müsabiqəsi yekunlaşdıqdan sonra sevimli klub üzvlərimizlə piknik keçirtməyi qərara aldıq. Gəzintimiz Vətənimizin gözəl guşələrindən biri olan Qəbələyə oldu. TİKA və "Pətək"İB-nin təşkilatçılığı ilə təşkil olunmuş piknik oduqca maraqlı və şən keçdi. 11 məktəbdən 40 şagirdin qatıldığı bu səyahətimiz Şamaxıdakı 1918-ci il türk şəhidlərin xatirəsinə ucaldılmış abidənin ziyarətlə başladı. Həmçinin uşaqlar Şamaxı məscidində oldular və məscidin tarixi barədə məlumat aldılar. Klubumuzun üzvləri, əziz məktəbli dostlarımızla birgə maraqlı və həyəcanlı oyunları, dadlı təamları və xoş təəssüratlarıyla olduqca yaddaqalan bir gün yaşadıq.