Ana səhifə » 2015 » Dekabr » 23 » "Sağlam olaq klubu"nun 83 saylı məktəbdə valideynlərlə görüşü

23:29
"Sağlam olaq klubu"nun 83 saylı məktəbdə valideynlərlə görüşü

        23 dekabr 2015 – ci il tarixində  "Pətək" İB – nın Tika ilə birgə həyata keçirdiyi "Sağlam qida – sağlam nəsil" layihəsi çərçivəsində yaradılmış  "Sağlam olaq" klubunun növbəti görüşü baş tutdu."Sağlam olaq" klubunun analarla bu dəfəki  görüşü Binəqədi rayon 83 saylı məktəbdə oldu. Görüşə "Yeni nəsil" valideyn klubunun rəhbəri  Sevinc Quliyeva ,"Sağlam olaq"  klubunun rəhbəri Xuraman Əsgərova gəlmişdi.

 "Sağlam olaq" klubunun rəhbəri Xuraman Əsgərova çıxışı zamanı qeyd etdi ki : "Klubumuzun yaradılmasının əsas məqsədi gələcəyimiz olan uşaqlara sağlam həyat tərzini aşılamaq, gələcəyimizi sağlam dayaqlar üzərində qurmaq üçün sağlam düşüncəli yeni nəslin yetişməsinə dəstək olmaqdır. Uşaqlarla bərabər analarla işləməyin vacibliyini nəzərə alaraq, bu görüşləri keçirməyi lazım bildik".

"Yeni nəsil" valideyn klubunun rəhbəri  Sevinc Quliyeva öz çıxışında: "Əziz analar, unutmayın ki, uşaqlar bizi təqlid edirlər. Uşaqlarımızın  sağlam həyat tərzi keçirməyini istəyiriksə, ilk növbədə bizim sağlam həyat tərzi keçirməyimiz vacibdir ” deyə bildirdi.

Görüşün keçirilməsində bizə dəstək olan məktəb direktoru Nəbi Mahmudova və məktəb koordinatoru Aynur Məmmədovaya təşəkkürümüzü bildiririk.

 

 

Baxılıb: 457 | Əlavə etdi: petek | Reytinq: 0.0/0
Cəmi şərhlərin sayı: 0
Имя *:
Email *:
Код *:

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

axtarış

facebook

təqvim

«  Dekabr 2015  »
BeÇaÇCaCŞBa
 123456
78910111213
14151617181920
21222324252627
28293031