Ana səhifə » 2015 » Aprel » 20 » "Sağlam qida-Sağlam nəsil" müsabiqəsinin nəticələri açıqlandı

10:41
"Sağlam qida-Sağlam nəsil" müsabiqəsinin nəticələri açıqlandı

18 aprel 2015-ci il tarixində Azərbaycan Təhsil Nazirliyinin dəstəyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin sponsorluğu və “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam qida - sağlam nəsil” mövzusunda keçirilən sərgi-müsabiqənin nəticələri açıqlandı. Məktəblərarası maarifləndirici sərgi formasında “Sağlam gələcək naminə birləşək!” şüarı altında keçirilən müsabiqədə 980 şagird olmaqla, 15 orta məktəb və bir təşkilat iştirak edib. Müsabiqəyə 8 bədii və 56 elektron təqdimatla yanaşı, 260 inşa təqdim olunub. Tədbirdə çıxış edən TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim Polad deyib ki, bu cür layihələrin həyata keçirilməsi çox önəmlidir. O, qeyd edib ki, “Uşaqların qidalarına diqqət yetirilərsə Azərbaycanın, dost ölkələrin gələcəyi sağlam olacaq. Türkiyədə sağlam qida ilə bağlı xeyli layihələr həyata keçilir. Biz istəyirik ki, bu cür layihələr Azərbaycanda da olsun. Düşünürəm ki, belə də olacaq. Artıq buna start verilib. Bu layihə çərçivəsində köynəklər, papaqlar hazırlanacaq. Bunu geyinənlər sağlam qida ilə bağlı digərlərinə də mesaj verəcəklər”. Fizika-riyaziyyat elmləri doktoru, professor, müsabiqənin münsiflər heyətindən biri olan Şahlar Əsgərov tədbirin önəmini vurğulayaraq deyib ki: “Belə tədbirlərin keçirilməsi vacibdir. Müsabiqəyə təqdim olunan yazılara, təqdimatlara baxdıq, çalışdıq düzgün qiymətləndirək. Çünki əsas obyektiv qiymətləndirməkdir. Bunu təşkil edən təşkilatlara minnətdarlığımı bildirirəm ki, bu cür əhəmiyyətli layihə həyata keçirirlər. Əminəm ki, bu müsabiqədə yer tutmayan şagirdlər məyus olmayacaqlar. Əksinə, gələcək müsabiqələrdə daha da həvəslə iştirak edəcəklər”. Yazıçı-dramaturq Əli Əmirlinin sözlərinə görə, dünyada geni dəyişdirilmiş məhsulların sayı artıb və bu, Azərbaycana da təsirsiz ötüşməyib: “Sağlamlıq naminə bunun qarşısını almaq lazımdır. Belə deyim var: insan yediyi qidaya oxşayır. Buna görə də sağlam qidadan istifadə etmək lazımdır. Sağlam nəsil yetişdirmək üçün bu, vacibdir. “Pətək” İctimai Birliyi belə layihə həyata keçirdiyinə görə onlara minnətdarlığımı bildirirəm”. Transregional İslam İqtisadi Mərkəzinin Müşahidə Şurasının sədri Ədalət Cəbiyev çıxışında tədbiri “həyacan təbili” adlandırıb: “İndiki uşaqlar gələcəyin iş adamlarıdır, gələcəkdə müəssisə rəhbəri olacaqlar. Onlara indidən sağlamlıqla bağlı məlumatlar verilsə, biləcəklər ki, ziyanlı məhsullar istehsal etmək olmaz. İndi bəzən pul qazanmaq üçün belə məhsullar istehsal olunur. Zərərli qidaları istehsal edənlər bilməlidirlər ki, bu qidanı öz uşaqları yeməsələr də, başqa uşaqlar yeyəcəklər. Bu kimi hallara yol vermək olmaz. Belə tədbirlərin keçirilməsi ilə maarifləndirmə işinin aparılması yüksək qiymətləndirilməlidir”. Azərbaycan DİABET Cəmiyyətinin sədri Möminat Ömərova çıxışı zamanı gəncləri bu tipli layihələrdə fəal olmağa çağırıb: “Azərbaycanda sağlam həyat uğrunda hərəkat başlanılıb. Gələcəyimiz uşaqların üzərində qurulub. Bunun üçün də sağlam qidalanmaq vacibdir. Hər bir kəsi bu işdə fəal olmağa, təbliğat aparmağa səsləyirəm”. “Pətək” İctimai Birliyinin sədri Sevinc Əsgərova da çıxışında bildirib ki, sağlamlıqla bağlı tədbirlər ciddiyəti ilə seçilir. Onun sözlərinə görə, cəmiyyətin bu işdə rolu böyükdür: “Tədbirdə iştirak edənlərdən görünür ki, cəmiyyət bu məsələlərə laqeyd deyil. Bu tipli layihələrimiz davam edəcək. Cəmiyyətin sağlamlığı naminə çalışacağıq”. Tədbirin sonunda isə qaliblərin adları açıqlanıb, onlara hədiyyələr, diplomlar və pul mükafatları verilib.

Категория: Xəbərlər | Baxılıb: 1159 | Əlavə etdi: petek | Теги: Petek, saglam qida, saglam heyat, xeyirli qidalar, saglam nesil | Reytinq: 0.0/0
Cəmi şərhlərin sayı: 0
Имя *:
Email *:
Код *:

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Aprel 2015  »
BeÇaÇCaCŞBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930