"XOŞ GƏLDİN RAMAZAN" ADLI GÖRÜŞLƏRİMİZ BAŞA ÇATDI.
"Pətək"İB-də hər həftənin 2 günü uşaqlar üçün təşkil edilmiş "Xoş gəldin Ramazan" adlı əyləncəli görüşlərimiz artıq sona çatdı. Bu gün, yəni 24.06.2016 tarixində sonuncu 6-cı görüş baş tutdu. Uşaqlar hər zamankı kimi böyük sevinc və həvəslə "Pətəyə" toplaşmışdılar. Biz də hər zamankı şövqlə əziz balaları qəbul edib gözəl və əyləncəli bir gün keçirdik. Görüşlərə gələn bütün uşaqlara təşəkkür edirik. Sizinlə sağollaşmırıq dostlar! İnşəAllah gələn görüşlərədək deyirik!